Hər il noyabrın 30-da dünyada Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü qeyd olunur. Bu gün kompüter məlumatlarının qorunmasının vacibliyinə diqqət çəkmək və istifadəçiləri informasiya təhlükəsizliyi riskləri barədə məlumatlandırmaq məqsədi daşıyır.
Monetar.az xəbər verir ki, Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə təsis edilib.
Noyabrın 30-nun seçilməsi təsadüfi deyil. Belə ki, 1988-ci ilin həmin günündə “Morris soxulcanı” adlanan kompüter proqramı geniş yayılaraq çoxsaylı kompüter sistemlərinin fəaliyyətinə təsir göstərib. Bu hadisə informasiya sistemlərinin qorunmasının nə qədər vacib olduğunu bir daha ortaya qoyub.
Günün qeyd edilməsində əsas məqsəd kompüter istifadəçilərinə şəxsi və digər məlumatların mühafizəsinin əhəmiyyətini xatırlatmaq, eyni zamanda proqram təminatı və avadanlıq istehsalçılarının diqqətini təhlükəsizlik məsələlərinə yönəltməkdir.
Həmin gündən etibarən hər il noyabrın 30-da informasiya təhlükəsizliyi ilə bağlı problemlərin müzakirəsi və onların həlli yollarının araşdırılması məqsədilə müxtəlif tədbirlər təşkil olunur