Dövlət Gömrük Komitəsinin xidməti itləri üçün yemi bu şirkət alacaq

Dövlət Gömrük Komitəsinin xidməti itləri üçün

Dövlət Gömrük Komitəsinin xidməti itlər üçün quru yem və müxtəlif ləvazimatların satın alınması ilə bağlı elan etdiyi tender müsabiqəsi yekunlaşıb.

Müsabiqənin qalibi “XEZRI TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Şirkətlə 189 min 859,55 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur.

Tender çərçivəsində xidməti itlər üçün 21 min 158,4 kiloqram quru yem, həmçinin xalta üçün ip, xalta, oyuncaq top, yem qabı və su qablarının satın alınması planlaşdırılır.

Texniki tələblərə əsasən, quru it yeminin quzu və ya dana əti tərkibli olması, zülal göstəricisinin 25-35 faiz, xam piy göstəricisinin isə 16-22 faiz aralığında olması tələb edilir. Bununla yanaşı, məhsulun tərkibində Omeqa-3, Omeqa-6, qlyukozamin və xondroitin sulfat üzrə müəyyən edilmiş normativ göstəricilərə uyğunluq nəzərdə tutulub.

MONETAR.AZ