Azərbaycan Milli Hidrometeorologiya Xidməti bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacaq. Mayın 21-dən 22-nə keçən gecə yağıntıların intensivləşəcəyi, axşama doğru isə havanın dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15–17°, gündüz isə 20–24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70–75%, gündüz isə 60–65% təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə fasilələrlə yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışların intensiv olacağı, qısamüddətli leysan, şimşək və dolu ehtimalı olduğu bildirilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 14–17°, gündüz 19–24° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3–8°, gündüz 12–17°, bəzi yerlərdə isə 20–22° isti gözlənilir.