2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda dəri və ayaqqabı sənayesində kəskin artım qeydə alınıb. Ən böyük yüksəliş emal edilmiş dəri istehsalında müşahidə olunub.
Statistik məlumatlara görə, hesabat dövründə ölkədə 22,1 min kvadratmetr emal edilmiş dəri istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir.
Ayaqqabı istehsalı da artaraq 242,2 min cütə çatıb. Bu sahədə illik artım 22,7 faiz olub.
Bunun əksinə olaraq, aşılanmadan başqa digər emala məruz qalmayan dərinin istehsalı kəskin azalıb. Bu məhsul üzrə istehsal əvvəlki ilin göstəricisinin cəmi 17,8 faizi həcmində olub.
Anbar ehtiyatlarında emal edilmiş dəri üzrə 137,9 min kvadratmetr, ayaqqabı üzrə isə 129,5 min cüt hazır məhsul qeydə alınıb.
MONETAR.AZ