İlham Əliyev: "Bir dəfə bir məhsula bu qədər subsidiya veririk və bu 10 il davam edir, belə olmaz"
Dövlət başçısı mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib ki, kənd təsərrüfatına subsidiyalar müəyyən ediləndə onun daxili bazarın təmin edilməsi və ixraca olan təsiri nəzərə alınmalıdır.
«Subsidiyalar veriləndə, əlbəttə, bu amillər nəzərə alınmalıdır - daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Yəni ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də hər il yenidən baxılmalıdır - həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk və 10 il bu davam edir, belə olmaz. Yəni bu, çox çevik mexanizm olmalıdır. Bu da təbii ki, bütün aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır».