İyunun 10-da keçiriləcək hərraclarda ölkənin müxtəlif bölgələrində yerləşən 22 torpaq sahəsi satışa və ya icarəyə çıxarılacaq.
Göygöl rayonunun Çaykənd kəndində yerləşən üç torpaq sahəsinin hər biri 800 kvadratmetr olmaqla fərdi yaşayış evinin tikintisi məqsədilə satışa çıxarılıb.
Salyan şəhərində sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan 90 və 140 kvadratmetrlik iki torpaq sahəsi hərracda təklif olunur.
Yevlax rayonunun Varvara kəndində heyvandarlıq məqsədilə istifadə olunmaq üçün 15 hektar və 5,72 hektar sahələr 15 il müddətinə icarəyə verilir.
Ağdaş rayonunun Yenicə kəndində yerləşən 3 hektarlıq əkin təyinatlı torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5 il müddətinə icarəyə çıxarılıb.
Lənkəran rayonunun Şağlaser kəndində sahibkarlıq məqsədli 130 kvadratmetrlik torpaq sahəsi satışa təqdim edilir.
Kürdəmir rayonunun Karrar kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan 13,65 hektar, 11,08 hektar, 2,27 hektar və 2,5 hektar torpaq sahələri 15 il müddətinə icarəyə verilir.
Ucar rayonunun Ramal kəndində yerləşən 3 hektarlıq örüş sahəsi heyvandarlıq məqsədilə 15 il müddətinə icarəyə çıxarılıb.
Şabran rayonunun Çinarlar kəndində fərdi yaşayış evi tikintisi üçün 1200 kvadratmetrlik torpaq sahəsi satışa çıxarılıb.
Hacı Qaraqaşlı kəndində 8 hektar, Rəhimli kəndində isə 10 hektar əkin təyinatlı torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilir.
Xaçmaz rayonunun Sərkarlı kəndində 1000 kvadratmetrlik yaşayış təyinatlı torpaq sahəsi satışa çıxarılıb. Padar kəndində yerləşən 1,06 hektarlıq əkin sahəsi isə 15 il müddətinə icarəyə təklif olunur.
Biləsuvar rayonunun Təzəkənd kəndində sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş 50 kvadratmetrlik torpaq sahəsi hərracda satılacaq.
Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən 507 kvadratmetrlik torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə satışa çıxarılıb.
Ağsu rayonunun Gülüllü kəndində yerləşən 2,75 hektarlıq örüş sahəsi heyvandarlıq fəaliyyəti üçün 15 il müddətinə icarəyə verilir.
MONETAR.AZ