Rusiya 21 mart – 21 aprel tarixləri arasında azot gübrələrinin ixracına məhdudiyyət tətbiq edib ki, yazlıq əkin mövsümü zamanı daxili tələbat tam təmin olunsun. Bu barədə bugün Rusiya Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına istinadən Reuters məlumat yayıb.
Rusiya gübrələrin iri istehsalçısı və ixracatçısıdır, lakin bu il İranda müharibənin yaratdığı qlobal təchizat çatışmazlığı fonunda istehsal həcmini əhəmiyyətli dərəcədə artırmaq imkanına malik deyil.
Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, ammonium nitratın ixracı üzrə verilmiş bütün lisenziyaların qüvvəsi dayandırılıb və yalnız dövlət müqavilələri çərçivəsində yeni lisenziyalar veriləcək.
Nazirliyin açıqlamasında deyilir: “Azot gübrələrinə ixrac tələbatı artdığı bir şəraitdə, onların xaricə satışının dayandırılması yazlıq sahələrdə daxili bazarın ehtiyaclarını prioritetləşdirəcək və fasiləsiz təminatını təmin edəcək.”
Rusiya və dünyanın aparıcı fosfor gübrəsi istehsalçılarından biri olan “FosAgro” şirkətinin səhmləri üçüncü gündür təzyiq altındadır. Çərşənbə günü ticarətə başlayandan bəri qiymətlər 0,87% azalıb. Bununla belə, ümumi trend yüksəlişdə qalır. Keçən həftə səhmlər sentyabr 2022-ci ilin maksimumuna çatmışdı.
MONETAR.AZ