Apple tərəfindən təqdim edilən MacBook Neo stress-test zamanı Windows əsaslı noutbuku geridə qoyub. Təcrübə Hardware Canucks kanalının məşhur bloqeri tərəfindən aparılıb.
Bloqer yeni modelin 8 GB operativ yaddaşının kifayət etmədiyini deyən tənqidçilərə diqqət çəkərək cihazda eyni anda 60 tətbiq açıb və noutbukun stabil işləməyə davam etdiyini müşahidə edib. Eyni test təxminən eyni qiymətə malik Lenovo Legion Windows noutbukunda aparıldıqda isə cihaz yüksək yüklənmə altında sönüb.
Bundan əlavə, test zamanı Apple noutbukunda video axını problemsiz işləyib. Escape from Tarkov oyunu işə düşsə də, kiçik performans enişləri müşahidə olunub. Hades II və Potato oyunlarında isə ciddi problem qeydə alınmayıb.
Bloqerin sözlərinə görə, MacBook Neo məktəblilər, tələbələr və peşəkar olmayan istifadəçilər üçün ideal seçimdir. Lakin cihazın maksimum 8 GB operativ yaddaşla məhdudlaşması onun mobil prosessorundan qaynaqlanır.
Apple bu modeli 4 mart tarixində təqdim edib. Noutbuk 13 düymlük ekran, A18 Pro prosessoru, 8 GB RAM və 16 saata qədər batareya ömrü ilə təchiz olunub.
MONETAR.AZ