2026-cı ilin yanvar ayında Azərbaycana ümumilikdə 15,79 ton qarpız idxal olunub. Rəsmi statistikaya əsasən, idxalın ümumi dəyəri isə 10,6 min ABŞ dolları təşkil edib. Hesablamalara görə, idxal olunan qarpızın 1 kiloqramının orta qiyməti təxminən 0,67 ABŞ dolları olub.
İdxalın ölkələr üzrə bölgüsünə gəldikd, əsas pay İrana məxsusdur. 9,63 min dollar dəyərində 14,81 ton məhsul idxal edilib. Bu isə qarpızın 1 kiloqramının orta hesabla 0,65 gətirildiyi deməkdir.
Bundan əlavə, Braziliyadan 0,97 ton qarpız idxal olunub və bunun dəyəri 0,97 min ABŞ dolları təşkil edib. Bu isə Braziliyadan idxal edilən qarpızın 1 kiloqramının orta hesabla 1 dollar olduğunu göstərir.
Qeyd edək ki, hesabat dövründə qarpız üzrə ixrac əməliyyatları qeydə alınmayıb.
MONETAR.AZ