2026-cı ilin yanvar ayında Azərbaycana ümumilikdə 5 165,17 ton banan idxal olunub, Rəsmi statistikaya əsasən, idxalın dəyəri 5 427,62 min ABŞ dolları təşkil edib.
Hesablamalara görə, idxal olunan bananın 1 kiloqramının orta qiyməti təxminən 1,05 ABŞ dolları olub.
Məlumata əsasən, banan idxalının əsas hissəsi Ekvadordan həyata keçirilib. Bu ölkədən 5 165,06 ton məhsul gətirilib və ümumi idxalın demək olar ki, hamısını təşkil edib. Kiçik həcmdə idxal isə İran və Kolumbiyadan qeydə alınıb.
MONETAR.AZ