2026-cı ilin yanvar ayında Azərbaycanda mandarin (naringi) idxalı və ixracı üzrə göstəricilər məlum olub. Rəsmi statistikaya əsasən, hesabat dövründə ölkəyə ümumilikdə 1 019,21 ton mandarin idxal olunub, idxalın ümumi dəyəri isə 724,9 min ABŞ dolları təşkil edib. Hesablamalara görə, idxal olunan məhsulun 1 kiloqramının orta qiyməti təxminən 0,71 dollar olub.
Eyni zamanda, bu dövrdə 498,39 ton mandarin ixrac edilib və ixracın dəyəri 229,04 min ABŞ dolları təşkil edib. Bu isə ixrac olunan məhsul üzrə 1 kiloqramnın orta hesabla 0,46 dollara və ya 78 qəpiyə satıldığı deməkdir.
Məlumata görə, idxalın əsas hissəsi Türkiyədan həyata keçirilib — 978,99 ton. Bundan əlavə, İrandan 40,22 ton məhsul idxal olunub. İxrac isə tam olaraq Rusiya istiqamətində reallaşdırılıb.
Yerli bazarda isə mandarinlərin pərakəndə satış qiymətləri mövsüm və keyfiyyətdən asılı olaraq orta hesabla 1,5–3 manat (təxminən 0,9–1,8 ABŞ dolları) aralığında dəyişir.
MONETAR.AZ