Rusiya İran kivisini Azərbaycan məhsulu ilə əvəz etmək istəyir

Rusiya İran kivisini Azərbaycan məhsulu ilə

Rusiyada İran kivisinə alternativ axtarılır və bu istiqamətdə Azərbaycandan tədarük imkanları nəzərdən keçirilir.

Rusprodsoyuz tərəfindən RIA Novosti-yə verilən məlumata görə, Rusiya bu meyvəni İranla yanaşı Türkiyə, Çin və Çilidən də idxal edə bilər.

Yaxın regionlar arasında isə potensial təchizatçı kimi Azərbaycan ön plana çıxır.

Əvvəllər Rusiyaya əhəmiyyətli həcmdə məhsul göndərən İran martın 3-dən etibarən Yaxın Şərqdə gərginliyin artması fonunda bütün ərzaq məhsulları və kənd təsərrüfatı xammalının ixracını qadağan edib. Bu qərarın növbəti bildirişədək qüvvədə qalacağı bildirilib.