Trampdan Hörmüz ultimatumu ilə bağlı geri addım

Trampdan Hörmüz ultimatumu ilə bağlı

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlayaraq hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə göstəriş verib.

Tramp bildirib ki, son iki gündə İranla Orta Şərqdə gərginliyin aradan qaldırılması istiqamətində “müsbət və məhsuldar” görüşlər keçirilib. Bu prosesin davam etməsi fonunda ABŞ ordusuna İranın enerji infrastrukturuna planlaşdırılan hücumları 5 gün müddətinə təxirə salmaq tapşırılıb.

Onun sözlərinə görə, bu addım danışıqların uğurla nəticələnməsi üçün fürsət yaratmaq məqsədi daşıyır. Tramp vurğulayıb ki, hücumların dayandırılması daimi deyil və prosesin nəticəsindən asılı olacaq.

Qeyd olunub ki, bu müddət ərzində tərəflər arasında dialoq davam edəcək və əsas məqsəd bölgədə gərginliyin azaldılmasıdır. Xüsusilə Hörmüz boğazı ətrafında yaranmış vəziyyətin həlli prioritet kimi qiymətləndirilir.

Analitiklər hesab edirlər ki, 5 günlük fasilə həm hərbi eskalasiyanın qarşısını almaq, həm də mümkün razılaşma üçün “son şans” kimi dəyərləndirilə bilər.

MONETAR.AZ