Bugün alüminiumun qiyməti ABŞ prezidenti Donald Trampın bəzi metal məmulatlarına tətbiq olunan tarifləri məhdudlaşdırmağı planlaşdırdığına dair xəbərlərdən sonra aşağı düşüb. Bu addım administrasiyanın artan istehlakçı qiymətlərini cilovlamaq cəhdləri ilə izah olunur.
Bakı vaxtı ilə saat 14:00-da London bazarında alüminiumun tonu 1,7% ucuzlaşaraq 3 045,00 dollara enib. Bu, həftəlik göstəricidə təxminən 2% azalma deməkdir, lakin ilin əvvəlindən qiymətlər hələ də 2% artımdadır.
Financial Times bu gün yazıb ki, White House Trampın metallara tətbiq etdiyi tariflərin təsir göstərdiyi məhsullar siyahısını yenidən nəzərdən keçirir. Qəzetin məlumatına görə, istehlakçılara zərər vurduğu ilə bağlı narahatlıqlar səbəbindən bəzi məhsullar gömrük rüsumlarından azad ediləcək.
Nəşr həmçinin bildirir ki, Tramp administrasiyası tariflərlə əhatə olunan məhsullar siyahısının daha da genişləndirilməsini məhdudlaşdırmağı və bunun əvəzinə konkret məhsullar üzrə milli təhlükəsizlik sahəsində daha hədəfli araşdırmalara başlamağı nəzərdən keçirir.
Polad və alüminium üzrə tariflərin azaldılması qərarı bu tədbirlərin faktiki olaraq amerikalılar üçün əlavə vergi rolunu oynadığına dair artan tənqidlər fonunda qəbul edilir.
Bu həftə dərc olunan Federal Reserve Bank of Nyu York araşdırmasına görə, 2025-ci ildə Trampın tariflərinin dəyərinin təxminən 90%-i ABŞ şirkətləri və istehlakçıları tərəfindən ödənilib.
ABŞ-da həyatın bahalaşması ilə bağlı davamlı və dərin köklü böhran yaşanır: son beş ildə istehlakçı qiymətləri 24% artıb və 2026-cı ilin əvvəlinə olan məlumata görə, amerikalıların təxminən 70%-i maaşdan maaşa yaşayır.
MONETAR.AZ