Onkoloji yardımın özəl klinikalarda da göstərilməsi nəzərdə tutulur

Onkoloji yardımın özəl klinikalarda da

Milli Məclisin bu gün keçirilən iclasında “Onkoloji yardım haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Hazırda qanuna əsasən onkoloji xidmət yalnız ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir və vətəndaşlar yalnız bu müəssisələrdə müalicə ala bilirlər. Dövlət tərəfindən isə xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyası, həmçinin onkoloji müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi təmin olunur.

Səhiyyə naziri Sahil Babayev bildirib ki, 2026-cı il dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan məbləğ rekord səviyyədədir.

Qanuna edilən dəyişikliklə özəl tibb müəssisələrinin də “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq lisenziya almaq şərti ilə onkoloji yardım göstərməsinə imkan yaradılır. Bu addım vətəndaşlara öz iradələrinə əsasən istədikləri tibb müəssisəsində tibbi xidmət almaq, müalicə həkimini seçmək hüququnu təmin edəcək.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Əsas məqsəd xəstələrin ölkə daxilində müasir avadanlıq və ixtisaslı həkimlərin xidmətindən yararlana bilməsi, eyni zamanda ölkədən müalicə üçün çıxış hallarının minimuma endirilməsidir.

MONETAR.AZ