Rusiyada biznes itkiləri rekord həddə çatıb

Rusiyada biznes itkiləri rekord

2025-ci ilin ilk 11 ayı ərzində Rusiya şirkətlərinin ümumi zərəri 7,5 trilyon rubl təşkil edərək müşahidə tarixində rekord göstəriciyə çatıb. Bu barədə “İzvestiya” qəzetində dərc olunan “Rusiyanın sosial-iqtisadi vəziyyəti” adlı məruzədə qeyd olunur.

Zərər edən müəssisələrin payı 28,8%-ə yüksəlib ki, bu da 2020-ci ildən, pandemiyanın iqtisadiyyata ciddi təsir göstərdiyi dövrdən bəri ən yüksək göstəricidir. Ümumilikdə 18,2 min şirkət zərərlə üzləşib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə biznesin ümumi itkiləri təxminən 7 trilyon rubl, 2023-cü ildə isə 4 trilyon rubl civarında olub.

Rusiya İqtisadi İnkişaf Nazirliyi açıqlayıb ki, ixrac yönümlü sahələrə qlobal tələbin azalması, rəqabətin güclənməsi və dünya iqtisadiyyatında artım tempinin zəifləməsi mənfi təsir göstərib. Daxili bazarda isə biznesin gəlirliliyini Rusiya Mərkəzi Bankının yüksək əsas faiz dərəcəsi məhdudlaşdırır. Bu amil tələbin azalmasına və istehsalın genişləndirilməsinə yönələn investisiyaların ixtisarına səbəb olur.