Alman avtomobil istehsalçısı Volkswagen növbəti coupe-krossover modeli Cupra Tavascan-ın istehsalını Çindən Avropaya köçürməyi nəzərdən keçirir. Bu barədə Handelsblatt dünən dərc etdiyi hesabatda xəbər verir .
Qəzet, şirkət mənbələrinə və daxili istehsal planlarına istinad edərək yazır ki, Volkswagen tam elektrikli avtomobil üçün Avropada istehsal variantlarını araşdırır.
Hal-hazırda Çində istehsal olunan Tavascan modelinə mövcud 10% tarif üzərinə əlavə 20,7% rüsum tətbiq olunurdu. Çünki Avropa İttifaqı 2024-cü ildə Çin istehsalı elektrik avtomobillərinə yeni tariflər tətbiq etmişdi.
Bu həftə isə Avropa Komissiyası model üçün idxal rüsumlarından azad olunma imkanı verdi və bunun yerinə minimal qiymət və kvota modeli tətbiq etdi. Bu qərar bir neçə aylıq danışıqlardan sonra qəbul olunub.
Volkswagen-in SEAT/Cupra bölməsi nümayəndəsi istehsal planları ilə bağlı sual verildikdə bildirib ki, hazırkı Çin istehsal xətti sinerji və qlobal tərəfdaşlıqlardan faydalanır.
Nümayəndə əlavə edib: "Gələcək planlarla bağlı isə zavodlarımızın qlobal istifadəsi strategiyamızı şərh edə bilmərik."
MONETAR.AZ