İrana zərbələrdən sonra neft qiymətləri 13 faiz yuxarı sıçrayıb

İrana zərbələrdən sonra neft qiymətləri

ABŞ və İsrailin İrana ardıcıl zərbələrindən sonra bazarların daha yüksək risk mükafatını və tədarükdə artan pozuntuları qiymətləməsi fonunda bugün Asiya ticarətinin əvvəlində neft qiymətləri kəskin yüksəlib.

Brent nefti üzrə fyuçerslər bir barel üçün 82,0 dollar səviyyəsində 13% artımla açılıb, daha sonra artım bir qədər zəifləyib.

Hörmüz boğazından keçən bir neçə gəmiyə İran tərəfindən hücumlar qeydə alınıb ki, bu da neft bazarlarında qısamüddətli tədarük pozuntularını ehtimal etdirir.

ANZ analitikləri bildiriblər: “Qarşılıqlı cavab tədbirləri artıq Hörmüz boğazında neft tankerlərinə hücumlara çevrildiyindən, neft tədarükü üçün təhlükə əhəmiyyətli dərəcədə artıb”.

Hörmüz boğazı neft sənayesi üçün əsas daşınma marşrutudur və dünya üzrə neft istehlakının təxminən 20%-i bu yoldan keçir.

Ayrıca, OPEC və müttəfiqləri bazar günü keçirilən görüşdə hasilatı gündəlik 206 min barel artırmaq barədə razılığa gəliblər. Bu addım ABŞ–İran müharibəsi səbəbilə yaranan bəzi tədarük pozuntularını kompensasiya edə bilər.

MONETAR.AZ