2026-cı ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısı açıqlanıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda dövlətə məxsus ixracatçı şirkətlərin reytinqi təqdim olunub.
Reytinqdə yer alan dövlət şirkətləri aşağıdakılardır:
-
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi
-
“Azergold” QSC
-
“Socar Polymer” MMC
-
“Azəralüminium” MMC
-
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
-
“Azərenerji” ATSC
-
“Azərbaycan Hava Yolları” QSC
-
“Naxçıvan Enerji” MMC
-
“Socar Cape” MMC
-
“Azəripək” ASC
Məlumata görə, siyahıda neft-kimya, metallurgiya, kənd təsərrüfatı, energetika, aviasiya və ipəkçilik sahələrində fəaliyyət göstərən dövlətə məxsus müəssisələr təmsil olunub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, qeyri-monetar qızıl istisna olmaqla, 2,81 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artım deməkdir.
MONETAR.AZ