İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında Azərbaycanın qeyri-neft ixracının coğrafiyası da açıqlanıb. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən çox ixrac həyata keçirdiyi ölkə Rusiya olub.
Məlumata görə, cari ilin ilk 8 ayında Rusiyaya 814,2 milyon ABŞ dolları, Türkiyəyə 435 milyon ABŞ dolları, Gürcüstana 386,5 milyon ABŞ dolları, İsveçrəyə 284,4 milyon ABŞ dolları və Ukraynaya 101,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Beləliklə, qeyd olunan beş ölkə Azərbaycanın qeyri-neft ixracında əsas istiqamətlər sırasında yer alıb.
Avqust ayında isə Rusiyaya 82,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Gürcüstan 58,5 milyon ABŞ dolları ilə ikinci, Türkiyə 44,4 milyon dollarla üçüncü olub.
Avqust ayında İsveçrəyə 37,9 milyon ABŞ dolları, Ukraynaya isə 16,1 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları göndərilib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 17,6 faiz artaraq 2,81 milyard ABŞ dolları təşkil edib. Avqust ayında isə bu göstərici 350,8 milyon ABŞ dollarına çatıb.
MONETAR.AZ