2026-cı ilin yanvar-avqust ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda yer alan şirkətlərin adları açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda cari ilin ilk səkkiz ayı üzrə qeyri-dövlət ixracatçıların reytinqi təqdim edilib.
Reytinqə daxil olan şirkətlər aşağıdakılardır:
-
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi
-
“Prime Cotton” MMC
-
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC
-
“Baku Steel Company” QSC
-
“Prime Export” MMC
-
“Tabaterra” MMC
-
“Vvest Stream” MMC
-
“Agrarco” MMC
-
“Silk Way Aviaşirkəti” MMC
-
“P-Aqro” MMC
Reytinqdə mədənçıxarma, pambıqçılıq, şəkər istehsalı, metallurgiya, kənd təsərrüfatı və aviasiya sahələrində fəaliyyət göstərən şirkətlər təmsil olunub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, qeyri-monetar qızıl istisna olmaqla, 17,6 faiz artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.
MONETAR.AZ