İcmala əsasən, cari ilin ilk 8 ayında qeyri-neft sektoru üzrə ixrac, qeyri-monetar qızıl nəzərə alınmadan, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artıb.
Avqust ayında isə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 350,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin avqust ayı ilə müqayisədə 13 faiz çoxdur.
Hesabat ayında yeyinti məhsullarının ixracı 80,7 milyon ABŞ dolları olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 11,4 faiz artaraq 251,1 milyon ABŞ dollarına çatıb.
Yanvar-avqust aylarında bir sıra əsas ixrac məhsullarının satışında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, şəkər ixracı 2,3 dəfə, pambıq iplik 62,2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 42,8 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 30,2 faiz artıb.
Eyni dövrdə qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,5 faiz, pambıq lifi 17,8 faiz, meyvə-tərəvəz 13,7 faiz, çay ixracı isə 12,1 faiz yüksəlib.
Aqrar məhsulların ixracında da artım qeydə alınıb. Yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 19,2 faiz artaraq 732 milyon ABŞ dollarına, aqrar-sənaye məhsulları üzrə ixrac isə 22,1 faiz artaraq 255,8 milyon ABŞ dollarına çatıb.
Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,9 faiz artaraq 987,8 milyon ABŞ dolları təşkil edib.
MONETAR.AZ