“İnşaat Konstruksiyaları Zavodu” ASC yeni maliyyə mənbəyi axtarır

“İnşaat Konstruksiyaları Zavodu” ASC

“İnşaat Konstruksiyaları Zavodu” ASC maliyyə məsələlərini müzakirə edəcək.

İnşaat Konstruksiyaları Zavodu ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 27 iyun 2026-cı il saat 11:00-da Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 2 ünvanında keçiriləcək.

Gündəlikdə 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları, müəssisənin gəlirlə işləməməsinin səbəblərinin araşdırılması və yeni maliyyə mənbələrinin cəlb olunması məsələləri yer alıb.

MONETAR.AZ