İsmayıllı Quşçuluq ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 30 iyun 2026-cı il saat 11:00-da onlayn formatda keçiriləcək.
Yığıncaqda 2025-ci ilin maliyyə yekunları, illik balansın təsdiqi, dividendlərin verilməsi, həmçinin idarə heyəti üzvlərinin və sədrinin seçilməsi nəzərdə tutulur.
“Zoom” platforması üzərindən keçiriləcək iclasla bağlı məlumatlar səhmdarlara əlaqə vasitəsilə təqdim olunacaq.
MONETAR.AZ