“Puta-Əyrici” ASC yığıncaq keçirəcək

“Puta-Əyrici” ASC yığıncaq

Puta-Əyrici ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 30 iyun 2026-cı il saat 10:00-da keçiriləcək.

Yığıncağın gündəliyinə cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair idarə heyətinin hesabatı və digər məsələlər daxildir.

Səhmdarlar gündəliklə bağlı sənədlərlə cəmiyyətin inzibati binasında tanış ola bilərlər. İştirak üçün şəxsiyyəti təsdiq edən sənəd, nümayəndələr üçün isə notarial təsdiqli etibarnamə tələb olunur.

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi.

MONETAR.AZ