Kombayn sahibləri çətin günlər keçirir: Bu il qazanc yoxdur

Bu il bəzi rayonlarında kombayn sahibləri ciddi maliyyə çətinlikləri ilə üzləşib. Əvvəllər ayda 5-6 min manat qazanan kombayn sahibləri, bu il isə 2-3 min manat gəlir əldə edə bilməyiblər. Hətta lizinqə götürdükləri texnikaların ödənişini belə həyata keçirə bilmirlər.
Kombayn sahibləri üçün ən gəlirli dövr taxıl biçimi mövsümüdür. Hər ilin yay aylarında bu sahə fermerlərə və kombayn sahiblərinə əhəmiyyətli dərəcədə qazanc gətirir. Normalda, taxıl biçimi zamanı kombayn sahibləri ayda 5-6 min manat gəlir əldə edirdilər. Bu da onların işçilərinə maaş verməsi, texnikalarını idarə etməsi və lizinq ödənişlərini qarşılaması üçün yetərli olurdu. Ancaq bu il gəlirlər ciddi şəkildə azalıb.
Ucar rayonundan olan kombayn sahiblərindən biri MONETAR.AZ-a bildirib ki, Ötən illərdən fərqli olaraq, bu il taxıl biçilməsi demək olar ki mümkün olmayıb. "Mən kombaynı lizinqə götürmüşəm, aylıq ödənişləri etməkdə çətinlik çəkirəm. Adətən bu dövrdə hər ay 5-6 min manat qazanırdım, amma bu il 2-3 min manat qazandım, o da çox çətinliklə".
Kombayn sahibləri bildirir ki, əvvəllər taxıl biçimi mövsümü həm maliyyə baxımından, həm də iş həcmi baxımından çox sərfəli olub. HƏkin sahələri geniş, məhsul çox, texnikalar isə az idi. Bu, təbii olaraq, tələbatın yüksək olduğu və qiymətlərin nisbətən sabit olduğu bir dövr idi. Ancaq son illərdə vəziyyət tamamilə dəyişib. Kombayn sahibləri bu dəfə daha çox texnikanın olması və əkin sahələrinin azalması ilə üzləşiblər. Bu da hər kombaynın işlədiyi sahə miqdarının azalması deməkdir. Nəticədə əvvəlki illərdə yüksək gəlir əldə edən sahə sahibləri indi daha az qazanc əldə edirlər.
Kombayn sahibi Elvin Əhmədov sifari.lərin az olmasından şikayətlənir: ""Əvvəlki illərdə, bir neçə kombaynla yüksək gəlirlər əldə edirdik. Texnika az idi, amma əkin sahələri çox idi. Hər sahəyə bir kombayn təyin edə bilirdik və bu da gəlir əldə etməyimizi asanlaşdırırdı. Amma indi vəziyyət fərqlidir. Daha çox kombayn var, amma əkin sahələri azaldı. Bu da texnikaların iş yükünü azaldır və nəticədə gəlirlərimiz kəskin şəkildə düşüb."
Kənd Təəsərrüfatı Nazirliyi bildirir ki. bu il biçin prosesində 1 159 kombayn iştirak edib. Bunlardan 467 kombayn “Aqroservis” ASC-nin, 692 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (120 kombayn), İsmayıllı (80 kombayn), Qusar (65 kombayn), Tovuz (61 kombayn), Qazax (54 kombayn), Qəbələ (54 kombayn), Xaçmaz (52 kombayn), Oğuz (50 kombayn), Şamaxı (48 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılıb.
Ən son xəbərlər
Oxşar xəbərlər

Çin avtomobillərinin idxalında etibar böhranı

9 startap layihəsinə imtina verilib

İqtisad Universiteti 146 min manata avtobus alır
Axtarış
Axtarış Nəticələri
Heç bir nəticə tapılmadı
Başqa açar sözlər cəhd edin