Nəqliyyat vasitəsi və avadanlıqlar satışa çıxarılır

Nəqliyyat vasitəsi və avadanlıqlar

1 aprel 2026-cı il tarixində saat 10:00-da dövlət qurumlarına məxsus nəqliyyat vasitələri və müxtəlif avadanlıqların hərracı keçiriləcək. Hərracda müxtəlif dövlət qurumlarının balansında olan avtomobillər, avtobuslar, yük maşınları və digər texniki avadanlıqlar satışa çıxarılır.

Hərraca çıxarılan əmlaklar sırasında minik avtomobilləri, avtobuslar, xüsusi təyinatlı texnika və iri sənaye avadanlıqları yer alır.

Əsas lotlar və qiymətlər

Satışa çıxarılan bəzi nəqliyyat vasitələri və avadanlıqlar:

  • Fövqəladə Hallar Nazirliyinə məxsus 2008-ci il istehsalı “Chevrolet Niva” avtomobilləri – 3300 və 3500 manat

  • 2006-cı il istehsalı “Iveco Otoyol” avtobusu – 9000 manat

  • “Aqrarkredit” QSC-yə məxsus 2000-ci il “Nissan Patrol” – 12 500 manat

  • Ədliyyə Nazirliyinə məxsus “PAZ 32054” avtobusları – 8500 və 9000 manat

  • Bakı Apellyasiya Məhkəməsinə aid 2022-ci il “Khazar SD” minik avtomobili – 10 500 manat

  • Qəbələ rayonunda kommunal müəssisəyə məxsus xüsusi təyinatlı “JAC” texnikası – 10 500 manat

  • Prezidentin İşlər İdarəsinin “Zuğulba” iqamətgahına aid 620 kVt gücündə “Wesper” çilleri – 6400 manat

  • Müşavirə zalı üçün stol – 16 000 manat

Ən yüksək qiymətli lotlardan biri Müdafiə Nazirliyinə məxsus çoxsaylı yük avtomobillərindən ibarət paketdir. Bu paket üzrə start qiyməti 28 725 manat müəyyən edilib.

MONETAR.AZ