Türkiyə və Suriya münaqişə zonasından yan keçən ticarət dəhlizi hazırlayır

Türkiyə və Suriya münaqişə zonasından yan keçən

Ankara və Dəməşq İsraili kənarda qoyan yeni ticarət marşrutunun yaradılması üzərində işləyir.

Kan News-un məlumatına görə, Türkiyə və Suriya Hindistanı, Fars körfəzi ölkələrini və Avropanı birləşdirəcək quru dəhlizinin yaradılmasını müzakirə edir. Bu təşəbbüs IMEC layihəsinə alternativ kimi nəzərdən keçirilir.

Mənbələrin bildirdiyinə əsasən, plan İordaniya və Səudiyyə Ərəbistanı ərazisindən keçən dəmir yolunun tikintisini, həmçinin Suriya limanlarına çıxışı olan neft kəmərinin çəkilməsini əhatə edir. Layihəyə yatırımların həcmi 20 milyard dolları keçə bilər.

Bu layihə regionda qeyri-sabitlik və Hörmüz boğazının qismən blokadası səbəbindən IMEC təşəbbüsünün çətinləşdiyi bir vaxtda irəli sürülür.

İsraildə isə xəbərdarlıq edilir ki, ölkənin bu marşrutdan kənarda qalması milyardlarla dollar iqtisadi itkilərə səbəb ola bilər.