2026-cı ildə qlobal neftə tələbatın artımı sürətlənəcək

2026-cı ildə qlobal neftə tələbatın

Beynəlxalq Enerji Agentliyi (BEA) növbəti aylıq hesabatında 2026-cı il üçün qlobal neftə tələbat artımı ilə bağlı proqnozunu yüksəldib. Bu barədə Reuters xəbər verib.

Bu, cari ildə neft bazarında təklif profisitinin əvvəl gözləniləndən bir qədər az olacağını göstərir.

BEA-nın yeni qiymətləndirməsinə görə, bu il qlobal neftə tələbat gündə 930 min barel artacaq. Əvvəlki hesabatda bu göstərici 860 min barel/gün səviyyəsində idi.

Reuters-in hesabat məlumatları əsasında apardığı hesablamalara görə, bu o deməkdir ki, 2026-cı ildə qlobal neft təklifi tələbatı 3,69 milyon barel/gün üstələyəcək. Beləliklə, profisit agentliyin dekabr hesabatında göstərilən 3,84 milyon barel/gün səviyyəsi ilə müqayisədə azalacaq.

BEA-nın bildirdiyinə görə, “hazırda balansda mövcud olan əhəmiyyətli profisit bazar iştirakçılarına müəyyən rahatlıq verir və qiymətləri nəzarət altında saxlayır.”

 

MONETAR.AZ