Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələri bu gün saat 10:00-da təkrar hərraca çıxarılacaq.
Hərraca çıxarılan avtomobillər əsasən Bakı şəhərinin Xətai rayonunda, eləcə də Yevlax şəhərində yerləşir. Siyahıda “Mercedes-Benz”, “Lexus”, “BMW”, “Audi”, “Toyota”, “Hyundai”, “Honda”, “Kia”, “GMC” və “VAZ” markalı minik və xüsusi təyinatlı nəqliyyat vasitələri yer alır. Avtomobillərin buraxılış illəri 1996–2016-cı illəri əhatə edir.
Start qiymətləri 3800 manatdan başlayaraq 102 681,7 manata qədər dəyişir. Hərracda iştirak üçün tələb olunan beh məbləği start qiymətinin 10 faizi həcmində müəyyən edilib. Qeyd edilib ki, nəqliyyat vasitələri ikinci dəfə təkrar hərraca çıxarılır.
Avtomobillərə baxış keçirilməsi üçün əlaqəli şəxs Nazim Balamirzəyevdir (tel: +994 50 312 21 55).
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında, Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında (2-ci mərtəbə) keçiriləcək.
Əlavə məlumat üçün “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsinə (tel: 012-311-01-60, daxili: 1705, 1706, 1709) və Azərbaycan Respublikasının Mərkəzi Bankına (tel: +994 12 493 11 22, daxili: 234, 254) müraciət etmək mümkündür.
MONETAR.AZ