Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri tarixi maksimum səviyyəyə yüksəlib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,65 faiz artaraq 5 100,21 ABŞ dolları təşkil edib.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də əhəmiyyətli artım nümayiş etdirib. Belə ki, gümüş fyuçersləri 6,17 faiz bahalaşaraq 107,58 ABŞ dollarına bərabər olub.
Qiymətli metallar bazarında müşahidə olunan bu yüksəliş qlobal maliyyə bazarlarında artan qeyri-müəyyənlik və təhlükəsiz investisiya alətlərinə marağın güclənməsi ilə əlaqələndirilir.
MONETAR.AZ