Azərbaycan onilliklər boyu davam edən fasilədən sonra Ermənistana birbaşa məhsul ixracı həyata keçirilib. Dövlət Gömrük Komitəsinin hesabatına görə ixracın əsas hissəsini müxtəlif markalı avtomobil yanacaqları təşkil edir.
Ötən il Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Məlumata görə, Ermənistana ixracın əsasını enerji resursları təşkil edir. Proses ötən ilin dekabr ayından etibarən intensivləşib:
İqtisadçılar bu addımı regionda iqtisadi münasibətlərin normallaşması istiqamətində mühüm texniki və siyasi göstərici hesab edirlər. Azərbaycanın enerji resurslarının Ermənistan bazarına daxil olması həm logistik zəncirlərin bərpası, həm də regionda yeni iqtisadi reallıqların yaranması kimi qiymətləndirilir.
MONETAR.AZ