Kirayə ipotekasından ən çox kimlər yararlanır?

Kirayə ipotekasından

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 31 dekabr 2025-ci il tarixinə olan son hesabatı kirayə mənzil mexanizmindən yararlanan vətəndaşların sosial profilini açıqlayıb.

Fondun məlumatına görə kirayə mənzil mexanizmindən istifadə edənlərin böyük əksəriyyəti gənc və aktiv işçi qüvvəsinə daxildir. Belə ki, 35 yaşadək şəxslər ümumi kirayəçilərin 71,1 faizini təşkil edir. Onlardan 28,7 faizi 18–29 yaş, 42,4 faizi isə 30–35 yaş qrupuna aiddir. 35 yaşdan yuxarı şəxslərin payı 28,9 faizdir.

Hesabata əsasən, kirayəçilərin əksəriyyəti ailəlidir. Belə ki, mexanizmdən yararlananların 61,7 faizi evli, 38,3 faizi isə subay şəxslərdir.

İş yerlərinə görə bölgüdə dövlət sektoru üstünlük təşkil edir. Kirayəçilərin 55,3 faizi dövlət sektorunda, 44,7 faizi isə qeyri-dövlət sektorunda çalışır.

MONETAR.AZ