“Azərişıq” Ağdamın elektrik şəbəkəsini yeniləyir

“Azərişıq” Ağdamın elektrik şəbəkəsini

“Azərişıq” ASC Ağdamda elektrik təsərrüfatının modernləşdirilməsini həyata keçirir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, rayonun bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir, şəhər zonasında isə yeni güc mərkəzləri yaradılıb.

Hıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə köçürülmüş sakinlər üçün 0,4 kV-luq yeraltı xətlər və 35 kV-luq özünü daşıyan izolyasiyalı xətlər (SİP-3) çəkilib, üç kənddə isə ümumilikdə 30 müasir transformator yarımstansiyası (TY) quraşdırılıb. Məskunlaşmış ərazilər SMS tipli müasir sayğaclarla təmin olunub.

Baş Qərvənd, Güllücə, Suma və Nyamırlı kəndlərinə 35 kV-luq kabel-hava xətti çəkilib və paylayıcı qurğular (PQ) quraşdırılıb. Növbəti günlərdə Eyvazxanbəyli istiqamətində işlər başlanacaq.

“Azərişıq” ölkənin regionlarında əsaslı təmir, bərpa və modernləşdirmə işlərini davam etdirir. Bu tədbirlər abunəçilərin sabit və fasiləsiz elektrik enerjisi ilə təmin olunması və enerji itkilərinin minimuma endirilməsinə yönəlib.