Bu gün OPEC ən böyük üzvlərindən birini itirir

Bu gün OPEC ən böyük üzvlərindən

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) daha bir  üzvünü itirir. Birləşmiş Ərəb Əmirlikləri bu gündən  təşkilatdan çıxacağını açıqlayıb.

Məlumatlara görə, BƏƏ hazırda gündəlik təxminən 4 milyon barrel neft hasilatı ilə OPEC-in ən böyük istehsalçılarından biri hesab olunur. Bu isə onu təşkilatdan ayrılan ölkələr arasında ən iri oyunçuya çevirir.

Statistikaya əsasən, OPEC daxilində ən böyük istehsalçı Səudiyyə Ərəbistanı olaraq qalır (10,9 milyon barrel/gün). Digər əsas üzvlər arasında İran (5,1 milyon barrel), İraq (4,4 milyon barrel), Küveyt (2,7 milyon barrel) və Nigeriya (1,6 milyon barrel) yer alır.

BƏƏ-nin ayrılması OPEC-in bazardakı təsir gücünə müəyyən dərəcədə təsir göstərə bilər. Qeyd edək ki, əvvəllər də bir sıra ölkələr təşkilatı tərk edib. Bunlara Qətər, Anqola və İndoneziya daxildir.

Ekspertlər hesab edirlər ki, BƏƏ-nin bu addımı ölkənin daha müstəqil enerji siyasəti yürütmək istəyi ilə bağlıdır. Bu qərar həmçinin qlobal neft bazarında təklif və qiymət dinamikasına təsir edə bilər.

MONETAR.AZ