Gürcüstan Rusiya neftindən imtina edir

Gürcüstan Rusiya neftindən

Gürcüstanın Black Sea Petroleum (BSP) neft emalı zavodu Rusiya neftindən imtina edərək Türkmənistan və Qazaxıstandan gətirilən xammalın emalına başlayacaq.

Şirkətin baş direktoru David Potsxveriya bildirib ki, Türkmənistan neftinin yaxın aylar üçün tədarükü ilə bağlı razılaşmalar artıq əldə olunub.

Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisi üzərindən logistika marşrutlarının razılaşdırılması prosesi yekunlaşmaq üzrədir və bundan sonra müntəzəm tədarüklərin başlanması gözlənilir.

Black Sea Petroleum (BSP) Gürcüstanın ilk tammiqyaslı neft emalı zavodudur və Qara dəniz sahilində yerləşən Kulevi şəhərində fəaliyyət göstərir. Hazırda müəssisə ildə 1,2 milyon tona qədər neft emal edir və nafta, mazut, eləcə də dizel yanacağı komponentləri istehsal edir.