“Qazprom” Avropanın qaz ehtiyatları ilə bağlı xəbərdarlıq yayıb. Şirkətin məlumatına görə 19–21 noyabr tarixlərində Avropa ölkələri yeraltı qaz anbarlarından rekord həcmdə qaz çıxarıb.
Gas Infrastructure Europe məlumatlarına əsasən, 21 noyabr etibarilə Avropanın yeraltı anbarlarının doluluğu 80%-dən aşağı düşüb — bu, son on ildə həmin tarix üçün ən aşağı göstəricilərdən biridir.
“Qazprom” bildirir ki, hələ sərt soyuqlar başlamasa da, qaz seçimi rekord həddə çatıb və ehtiyatların azlığı qışın sərt keçməsi halında istehlakçıların stabil təhcizatını riskə ata bilər.
Bu il Avropada qaz çıxarılması mövsümü anbarların cəmi 83% dolu olduğu vaxt başlayıb. Xüsusilə böyük həcmlərə malik Almaniya və Niderlandın anbarları müvafiq olaraq 76% və 72% dolu olub.
Son məlumatlara görə Avropanın ümumi qaz ehtiyatları hazırda 79,1% təşkil edir ki, bu da son beş ilin orta göstəricisinən xeyli aşağıdır. 13 oktyabrdan bəri Avropa İttifaqı ölkələri anbarlardan 7,5 milyard kubmetr qaz çıxarıb, xalis çıxarılma isə təxminən 4,4 milyard kubmetr olub.
Monetar.az