Xankəndində yarım milyonluq kabel xəttiin bu təşkilat çəkəcək

Xankəndində yarım milyonluq kabel xəttiin

Xankəndidə yeni 35 kV-luq kabel xəttinin çəkilməsi üzrə tenderin qalibi müəyyənləşdi

Xankəndi şəhərində tikintisi planlaşdırılan yeni 35 kV-luq 1 saylı yarımstansiya ilə 2 saylı "Xankəndi Şəhər" yarımstansiyası arasında iki dövrəli kabel xəttinin çəkilməsi ilə bağlı keçirilən satınalma prosedurunun qalibi məlum olub.

“Azərişıq” ASC tərəfindən elan edilən müsabiqənin (№ 119814) ehtimal olunan dəyəri 507.990,12 AZN təşkil edirdi. Təkliflərin qiymətləndirilməsi nəticəsində ən sərfəli maliyyə təklifini təqdim edən “19 Saylı Tikinti Təmir İdarəsi” MMC tenderin qalibi elan edilib. Şirkətin təqdim etdiyi təklifin məbləği 482.384,86 AZN olub.

Layihə çərçivəsində Xankəndi şəhəri ərazisində enerji təchizatının yaxşılaşdırılması məqsədilə iki yarımstansiya arasında 35 kV-luq iki dövrəli kabel xətti çəkiləcək. Bu işlər bölgədə elektrik təchizatının dayanıqlığının artırılmasına xidmət edəcək.

MONETAR.AZ