Yaponiya dünyanın ən böyük AES-ini yenidən işə salacaq

Yaponiya dünyanın ən böyük AES-ini yenidən

Niiqata prefekturasının qubernatoru planetin ən güclü atom elektrik stansiyası olan “Kasiwadzaki-Kariwa”nın yenidən işə salınmasına icazə verib. 2011-ci ildə “Fukuşima-1” stansiyasındakı fəlakətdən sonra Yaponiyada bütün AES-lərin bağlanması barədə qərar qəbul edilmişdi.

Atom energetikasına qayıdış iqtisadi səbəblərlə bağlıdır. Öz enerji resurslarından məhrum olan Yaponiya qaz və kömür idxalına nəhəng vəsait xərcləyir (ötən il — 68 milyard dollar). Məlumat mərkəzlərinin artan elektrik tələbatı ölkədə enerji qiymətlərini daha da yüksəldib. Yeni baş nazir Sanae Takaici enerji təhlükəsizliyini təmin etməyin yeganə yolunu AES-lərdə görür.

Yapon nəhənginin qayıdışı dünya bazarlarına da təsir edəcək. Analitiklər hesab edirlər ki, Yaponiyanın (dünyada ikinci ən böyük idxalçı) maye təbii qaz tələbatı atom generasiyasının hesabına gələn il 4 milyon ton azalacaq.

MONETAR.AZ