Bu gündən etibarən Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası iştirakçıları üçün akkreditasiya kartlarının verilməsinə başlanılır.
17–22 may 2026-cı il tarixlərində təşkil olunacaq forum çərçivəsində akkreditasiya və qeydiyyat prosesi Bakı Olimpiya Stadionu ərazisində fəaliyyət göstərəcək Akkreditasiya və Qeydiyyat Mərkəzində həyata keçiriləcək.
Mərkəz 14–16 may tarixlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək. Forum iştirakçıları, rəsmi nümayəndələr və qonaqlar mayın 22-dək mərkəzə yaxınlaşaraq qeydiyyatdan keçə və akkreditasiya kartlarını əldə edə biləcəklər.
Onlayn qeydiyyatdan keçmiş şəxslər akkreditasiya kartını almaq üçün elektron poçt ünvanlarına göndərilən unikal qeydiyyat nömrəsini və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər. Azərbaycan vətəndaşlarından şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşlarından isə etibarlı pasport tələb olunur.
Təşkilatçılar qeydiyyat prosesinin daha sürətli təşkili üçün iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçməyi tövsiyə edirlər. Onlayn qeydiyyat UN-Habitat GEMS platforması vasitəsilə aparılır və son tarix 15 may saat 18:00-dır.
MONETAR.AZ