İran Hörmüz boğazını blokadaya alıb

İran Hörmüz boğazını

İranın cənubunda yerləşən Hörmüz boğazında neft tankerlərinin hərəkəti faktiki olaraq tamamilə dayanıb. Bu barədə İranın Fars agentliyi Telegram kanalında beynəlxalq monitorinq sistemlərinin məlumatlarına istinadla yazır.

Bugün, 28 fevralda Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin aparıcı analitiki İqor Yuşkov bildirib ki, İsrail, ABŞ və İran arasında münaqişənin kəskinləşməsi Hörmüz boğazının bloklanmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, bu hal neftin qiymətinin bir barel üçün 150 dollara qədər yüksəlməsinə səbəb ola bilər.

“Beynəlxalq tanker izləmə sistemlərinin monitorinqi Hörmüz boğazı ətrafında tanker hərəkətinin tam dayandığını göstərir”, deyə agentlikdə qeyd olunub.

ABŞ Enerji İnformasiyası Administrasiyasının (EIA) 2026-cı il üzrə məlumatlarına görə, hər gün dünyada istehlak olunan neftin təxminən 20–30%-i bu boğazdan keçir.

Daha əvvəl amerikalı politoloq Viktoriya Nikiforova bildirmişdi ki, Hörmüz boğazının blokadası bütün dünya üçün iqtisadi kollaps təhlükəsi yarada bilər.

MONETAR.AZ