Serbiya səfirliyi Tehranda birbaşa hədəf olmasa da, binaya qalıqların düşməsi nəticəsində zərər dəyib. Bu barədə Aleksandar Vuçiç bildirib.
Onun sözlərinə görə, zərbələrdən birinin məqsədi Basij bazası olub, lakin qalıqlar Serbiya diplomatik nümayəndəliyinin binasına zərər vurub. Vuçiç qeyd edib ki, hazırda səfirliyin əməkdaşları Azərbaycan istiqamətində təxliyə ediləcək.
O əlavə edib ki, Serbiya səfiri müvəqqəti olaraq Azərbaycana göndəriləcək, daha sonra isə Tehrana qayıdacaq.