Prezident İlham Əliyev Forum çərçivəsində keçirilən tədbirdə iştirak edib

Prezident İlham Əliyev Forum çərçivəsində keçirilən

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.