Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə tətbiq olunan nəqliyyat məhdudiyyətləri bu gün gecə saat 00:00-da başa çatacaq.
Yarışların başa çatdıqdan dərhal sonra Bakı Şəhər Halqası ərazisində quraşdırılmış müvəqqəti konstruksiyaların sökülməsinə başlanılıb.
Nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər səbəbindən marşrutları dəyişdirilən avtobuslar isə 27 sentyabr saat 00:00-dan etibarən əvvəlki hərəkət sxemi üzrə fəaliyyət göstərəcəklər.
Beləliklə, göstərilən vaxtdan etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti əvvəlki qaydada bərpa olunacaq.