Polşada qeydə alınmış işsizlik səviyyəsi avqust ayında dəyişməyərək 5,8 faiz təşkil edib.
Polşa Statistika İdarəsinin açıqladığı məlumatlara görə, bu göstərici iyul ayındakı səviyyə ilə eyni qalıb və bazar gözləntilərinə tam uyğun olub.
Statistika İdarəsinin məlumatına əsasən, avqust ayında ölkədə qeydiyyatda olan işsizlərin sayı 909 min 500 nəfər təşkil edib.
Beləliklə, avqust ayında Polşanın əmək bazarında qeydə alınmış işsizlik səviyyəsində aylıq ifadədə dəyişiklik baş verməyib.