Trampın İrana hücumu: Niyə məhz şənbə günü seçildi?

Trampın İrana hücumu:

ABŞ Prezidenti Donald Trampın İrana raket zərbəsi endirməsi  qərarı investorlar və beynəlxalq ictimaiyyət üçün gözlənilməz hadisə olub. Analitiklər qeyd edir ki, Tramp hücumu şənbə günü həyata keçirib, çünki bazarların bazar ertəsinə qədər sakitləşəcəyini proqnozlaşdırıb.

İran isə İsrail istiqamətinə onlarla raket buraxıb. İran KİV-ləri bunu genişmiqyaslı cavab əməliyyatının başlanğıcı adlandırır. New York Times qəzeti isə İranın ali rəhbəri Əli Xamenei üçün nəzərdə tutulmuş rezidensiyanın dağıdılmış görüntülərini yayıb.

Neft bazarında artıq bahalaşma başlayıb .Bahalaşmaya əsas səbəb isə Hörmuz boğazında risklər və ticarət fasilələrinin mümkünlüyüdür. Analitiklər 2013-cü il proqnozlarını xatırladır: İraqa hücumdan sonra neftin 200 ABŞ dolları ola biləcəyi, Avropa və Çin iqtisadiyyatlarının zəifləyəcəyi və milyonlarla qaçqının Rusiyaya istiqamətlənəcəyi bildirilmişdi.

Ekspertlər vurğulayır ki, İran və İraq arasında vəziyyət fərqlidir və 2003-cü ilin təcrübəsi təkrarlanmayacaq. Hadisələr isə dünya ictimaiyyətinin diqqətindədir və vəziyyət diqqətlə izlənir.

MONETAR.AZ