Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarında dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla əlaqədar qərar imzalayıb.
Qərara əsasən, xarici media subyektlərinin filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə məlumat verməlidir.