50 illik enerji körpüsü bağlanır

50 illik enerji körpüsü
28 İyul 2025 01:57

Türkiyə ilə İraq arasında 1973-cü il avqustun 27-də imzalanan və 1975-ci ildə qüvvəyə minən Xam Neft Boru Kəməri Anlaşması,27 iyul 2026-cı il tarixində qüvvəsini itirəcək.

Bu çərçivədə inşa olunan Kərkük–Ceyhan neft boru kəməri ötən 50 il ərzində İraq neftinin Aralıq dənizində yerləşən Ceyhan terminalına çatdırılaraq oradan dünya bazarlarına nəqlini təmin edib. Müqavilənin qüvvədə olduğu müddətdə milyonlarla barel neft Türkiyə üzərindən daşınıb.

İllər ərzində bu əməkdaşlıq çərçivəsində tərəflər arasında əlavə protokollar və razılaşmalar da imzalanıb (1976, 1981, 1986 və 2011-ci illərdə).

Türkiyə tərəfi bu müqavilənin mövcud şərtlərinin müasir dövrün tələblərinə cavab vermədiyini bildirib.

MONETAR.AZ


Oxşar xəbərlər