ABŞ Rusiya neftini alan ölkələrə 100 faiz rüsum tərbiq edəcək

ABŞ Xəzinədarlıq naziri Skott Bessent bildirib ki, Amerika Birləşmiş Ştatları ilə Çin arasında keçiriləcək növbəti danışıqlarda Çinin Rusiya və İrandan neft idxalı məsələsi də müzakirə oluna bilər. Bessent "Bloomberg"ə açıqlamasında iki ölkə arasındakı ticarət əlaqələrinin yaxşı səviyyədə olduğunu qeyd edib, lakin vurğulayıb ki, danışıqlar artıq milli təhlükəsizliklə bağlı mövzulara yönələ bilər.
CNBC-yə verdiyi müsahibədə Bessent "Çin təəssüf ki, sanksiyalı İran və Rusiya neftinin ən böyük alıcılarından biridir. Artıq bu məsələləri müzakirə masasına qoymağın vaxtı gəlib," deyə bildirib.
Xəzinədarlıq naziri Bessent ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyinə dair fikirlər səsələndirib. O qeyd edib ki, sanksiya tətbiq edilən Rusiya neftini alan ölkələr 100 faizə qədər əlavə gömrük rüsumuna (ikinci tarifə) cəlb oluna bilərlər. Bessent, həmçinin ABŞ prezidenti Trampın bu məsələdə yeni bir yanaşma gətirdiyini və Avropalı müttəfiqlərin də ABŞ-ın bu mövqeyini dəstəkləməli olduğunu söyləyib.
Xatırladaq ki, Prezident Tramp keçən həftə Rusiya-Ukrayna müharibəsi ilə bağlı 50 gün ərzində razılığa gəlinmədiyi təqdirdə "çox sərt tariflər" tətbiq edəcəyini açıqlamışdı. Trampın bəyanatına görə, bu tariflər 100 faiz səviyyəsində ola bilər. Bu isə beynəlxalq ticarət əlaqələrində ciddi gərginliklərə səbəb ola bilər.
MONETAR.AZ
Ən son xəbərlər
Oxşar xəbərlər
Axtarış
Axtarış Nəticələri
Heç bir nəticə tapılmadı
Başqa açar sözlər cəhd edin