İsraildən gələn turistlərin sayı 2 dəfəyədək artıb

İsraildən gələn turistlərin sayı
21 İyul 2025 15:27

 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1217,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən gələnlərin 25,8 faizi Rusiya Federasiyası, 17,6 faizi Türkiyə, 9,4 faizi Hindistan, 8,2 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Pakistan, 2,1 faizi Çin, hər birindən 1,9 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,9 faizini kişilər, 32,1 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 44,3 faiz, Qırğızıstandan - 40,5 faiz, İordaniyadan - 20,7 faiz, Niderlanddan - 19,1 faiz, Qazaxıstandan - 18,3 faiz, ABŞ-dan - 17,7 faiz, Pakistandan - 16,7 faiz, Kanadadan - 16,0 faiz, İtaliyadan - 13,2 faiz, Cənubi Koreyadan - 13,0 faiz, Almaniyadan - 11,1 faiz, Özbəkistandan - 10,3 faiz artmışdır.

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4 faiz artaraq 49,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,0 faiz azalaraq 186,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,3 faiz azalaraq 422,9 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 5,8 faiz artaraq 558,8 min nəfər təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74,3 faizi hava, 24,3 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

MONETAR.AZ


Oxşar xəbərlər